AZ

İrəvan axtarışda olan canini Ankaraya təhvil verdi

Ermənistan beynəlxalq axtarışda olan bir şəxsi Türkiyəyə təhvil verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında yazıb.

Onun sözlərinə görə, beynəlxalq və milli axtarışda olan 14 şəxs beynəlxalq hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində saxlanılıb və ekstradisiya edilib. Saxlanılmalar və sonrakı ekstradisiyalar Ermənistan, Gürcüstan, Almaniya, Xorvatiya və Monteneqrodan həyata keçirilib.

13 nəfər İnterpol tərəfindən "Qırmızı Xəbərdarlıq" çərçivəsində, digər bir şəxs isə milli axtarışda olub.

Türkiyə naziri aydınlaşdırıb ki, Ermənistanda qəsdən adam öldürmə, quldurluq və rəsmi sənədlərin saxtalaşdırılması ittihamları ilə beynəlxalq axtarışda olan bir şəxs saxlanılıb. Tələb olunan prosedurlar yerinə yetirildikdən sonra o, sorğu edən dövlətə ekstradisiya edilib.


Telegram kanalımız
Seçilən
14
yenisabah.az

1Mənbələr