AZ

Ötən il Azərbaycanda törədilən cinayət hadisələrinin sayı məlum oldu

Bakı.Trend:

2025-ci il ərzində Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən83 şəxs barəsində 61 cinayət işinin ibtidai istintaqı aparılmaqlabaxılması üçün məhkəmələrə göndərilib, bunlardan 6 şəxs barəsində 5iş qəsdən adam öldürmə faktları ilə bağlı olubdur.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərinvə qarşıda duran vəzifələrin müzakirəsinə dair kollegiya iclasındaməlumat verilib.

Kollegiya iclasında daxili işlər orqanları ilə birgə keçirilmişpeşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlıqalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürməcinayətlərinin açılması təmin edilməklə həmin işlər üzrə ibtidaiistintaqın davam etdirildiyi xüsusi vurğulanıb.

"Cari ildə ölkə ərazisində 31852 cinayət qeydə alınmaqla onların90,5 %-nin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi 15766cinayət işinin istintaqı tamamlanmışdır ki, bunlardan 1063-üprokurorluq orqanlarında istintaq edilib",-məlumatdabildirilib.

Seçilən
25
2
az.trend.az

4Mənbələr