AZ

Azərbaycanda törədilən cinayət hadisələrinin sayı məlum oldu

2025-ci il ərzində Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 83 şəxs barəsində 61 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib, bunlardan 6 şəxs barəsində 5 iş qəsdən adam öldürmə faktları ilə bağlı olubdur.

"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair kollegiya iclasında məlumat verilib.

Kollegiya iclasında daxili işlər orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilməklə həmin işlər üzrə ibtidai istintaqın davam etdirildiyi xüsusi vurğulanıb.

"Cari ildə ölkə ərazisində 31852 cinayət qeydə alınmaqla onların 90,5 %-nin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi 15766 cinayət işinin istintaqı tamamlanmışdır ki, bunlardan 1063-ü prokurorluq orqanlarında istintaq edilib",-məlumatda bildirilib.

Seçilən
23
2
unikal.az

4Mənbələr