
Türkiyənin xarici işlər naziri Hakan Fidan səudiyyə ərəbistanlı həmkarı Feysəl bin Fərhanla telefonla danışıb.
Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.
Məlumata görə, görüşdə Suriyadakı son hadisələr, Qəzza Sülh planının həyata keçirilməsi və digər regional məsələlər müzakirə olunub.
İlahə Qənbərli
Missiya.Az