Bakı.Trend:
2025-ci ildə mina və partlamamış hərbi sursat partlayışlarınəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Trend xəbərverir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərinvə qarşıda duran vəzifələrin müzakirəsinə dair kollegiya iclasındaməlumat verilib.
Bildirilib ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isəümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olub, onlardan 71 nəfərihəlak olub, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.