Litva hökuməti bu gün Ukraynanın bərpasına yönəlmiş Əməkdaşlıq və Humanitar Yardım İnkişafı Fondu tərəfindən maliyyələşdiriləcək dörd layihəni təsdiqləyib.
"Far.Az" xəbər verir ki, bu barədə LRT məlumat yayıb.
Layihələrin dəyəri 14,5 milyon avrodan çox olacaq. İlk mərhələnin 18 ay ərzində həyata keçirilməsi planlaşdırılır.