AZ

“Qarabağ”la oyunöncəsi transfer danışığı

“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton karyerasını “Liverpul”da davam etdirə bilər.

Msport.az xəbər verir ki, tərəflər artıq mümkün transferlə bağlı danışıqlar aparıblar.

Digər böyük klubların marağına baxmayaraq, 21 yaşlı futbolçu üçün “Enfild”ə keçid karyerasını inkişaf etdirmək baxımından prioritet seçimdir.

İngiltərəli yarımmüdafiəçi cari mövsümdə bütün turnirlər üzrə 31 oyuna çıxıb və 3 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Qeyd edək ki, “Liverpul” bu gün UEFA Çempionlar Liqasının VIII turu çərçivəsində “Qarabağ”ı qəbul edəcək.

Seçilən
17
msport.az

1Mənbələr