AZ

Çevrilişə cəhdin arxasından İran planı ÇIXDI

Çində bir qrup generalın dövlət çevrilişinə cəhdinin səbəbləri ilə bağlı təsdiq olunmuş və ya görünməyən müxtəlif məlumatlar var.

Belə ki, Çin Xalq Respublikasının Sədri Si Cinpini vəzifəsindən kənarlaşdırmaq planı baş tutmasa da, dünyada böyük siyasi rezonans yaradıb. Dövlət çevrilişinin ilkin səbəbi kimi Prezidentin Cinpinin sədrlik etdiyi və Çin Xalq Azadlıq Ordusuna nəzarət edən Mərkəzi Hərbi Komissiyanın yeddi nəfər üzvündən beşini rüvvətə qarşı mübarizə tədbirləri adı altında vəzifədən çıxarması göstərilir.

Bu qərarla barışmayan generallar, xüsusilə də komissiyanın sədr müavini, general-polkovnik Çjan Yusyanın dövlət çevrilişi prosesinə rəhbərlik etdiyi bildirilir. Vəzifədən azad edilənlər arasında Çin Azadlıq Ordusnunun Birləşmiş Qərargahlarının rəisi, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Lyu Çjenli də var.

Ordu qüvvələrinin paytaxt Pekinə yeridilərək prezidenti səlahiyyətlərindən kənarlaşdırmaq cəhdi baş tutmasa da bu hadisə Çin Kommunisst Partiyası daxilində son vaxtlar artmaqda olan siyasi çatları dərinləşdirib.

Si Cinpinin silahlı qüvvələrdəki hazırkı korrupsiyaya qarşı mübarizə kampaniyası Mao Tszedunun dövründən bəri hərbi rəhbərliyin ən genişmiqyaslı şəkildə dağıdılması kimi şərh edilir. Vəziyyət, həmçinin 2027-ci ildə ölkə rəhbərliyində gözlənilən dəyişikliklərindən əvvəl siyasi gərginliyi artırıb.

Siyasi Büro üzvü və ölkənin ən güclü generalı olan Çjan Yusya Prezident Sinin varislik planlarına qarşı müqaviməti səfərbər edə biləcək azsaylı şəxslərdən biri kimi qəbul edilir.

Əvvəlcə öz rəqiblərini təqib etməklə başlayan Si Tsinpin sonra özünün təyin etdiyi kadrları neytarallaşdırdı. Dövlət başçısı indi hətta uzun müddətdir özünə ən yaxın müttəfiqlərini də sıradan çıxartmağa başlayıb. Bunlar isə 2027-ci ildə səlahiyyət müddəti başa çatan Si Cinpinin vəzifədə qalmaq planları üzərində düşündüyünü göstərir.

Dövlət çevrilişinə cəhd hadisələri ətrafında müzakirələrə daha çox səbəb olan məsələ isə Çin Kommunist Partiyasının daxilində baş verənlərdən öncə xarici təsir amilidir. Söhbət çevriliş planında ABŞ xüsusi xidmət orqanlarının əli olması barədə ehtimallardan gedir.

Prezident Si Cinpinin general Çjan Yusyanı Çinin nüvə silahları barədə sirləri ABŞ-yə ötürməkdə ittiham etməsi barədə məlumatlar bu hadisələrdə Vaşinqtonun iştirakı barədə rəylərin meydana çıxmasına səbəb olub.

Xüsusilə də Venesuela və İran ətrafında ABŞ və Çin arasında artmaqda olan geosiyasi gərginlik fonunda Tramp administrasiyasının dövlət çevrilişində rolunun olması qənaətini möhkəmlədir.

Xüsusilə də Çinin son vaxtlar ABŞ-nin İrana qarşı hərbi əməliyyatlar keçirmək planına qarşı müşahidə olunan ciddi müqaviməti Prezident Tramp üçün əsas maneə sayılır.

Ümumiyyətlə, İranda baş verən hadisələr ABŞ-Çin qarşıdurması kimi xarakterizə edilir. Vaşinqtonun məqsədi ucuz İran neftinin 80 faizinin alıcı olan Çini bölgədən sıxışdırmaqdır. Tramp administrasiyası Venesuelada hakimiyyət dəyişikliyindən sonra Çini İran neftindən çəhrum etməklə özünün əsas rəqibi üçün iqtisadi problemlər yaratmağa çalışır.

Çinin İrana hərbi yardımının artması da ABŞ-nin bu planlarını pozmağa yönəlib. 2025-ci ilin iyun ayında İsrailin və ABŞ-nin İrana qarşı həyata keçrdiyi 12 günlük müharibədən sonra Çin rəsmi Tehranla hərbi əməkdaşlığı gücləndirib. Pekin İrana hər birinin dəyəri 50 milyon dollar olan “J-10 C” qırıcıları, ballistik raket texnologiyaları, müasir hava hücumundan müdafiə vasitələri verib.

Yanvar ayının əvvəlində Çində baş verən kütləvi xalq etirazları zamanı İran rejimi interneti bağlamışdı. Lakin ABŞ “Starlink” peyki vasitəsilə İran sakinlərinin internetə çıxışını təmin etdi.

Buna baxmayaraq, Çin “Starlink”in dalğalarının vurulması internetin söndürülməsi üçün İran hakimiyyətinə yardım etdi. Etirazlardan sonra Çinin İrana 16 hərbi nəqliyyat təyyarəsi yardım göstərdiyinə dair görüntülər yayıldı.

İranın bu yaxınlarda sınağını keçirdiyi, 10 min kilometr məsafəni vuran və nüvə başlığı daşıya bilən qitələrarası raketin texnologiyasını da Çinin dəstəyi ilə əldə etdiyi barədə məlumatlar var. Bütün bunlar isə İran sahillərinə iki armada göndərmiş Tramp administrasiyasının planlarını pozur.

Ona görə də ABŞ-nin Çin Kommunist Partiyası daxilində artmaqda olan siyasi qarşıdurmadan Prezident Si Cinpinə təzyiq vasitəsi kimi istifadə etdiyi istisna olunmur. Yəni məqsəd birbaşa dövlət çevrilişi yox, Pekinin İrana dəstəkdən geri çəkilməsi ola bilər./Cebheinfo.az/

Seçilən
33
2
turkustan.az

3Mənbələr