AZ

"Difai" ilə görüşdə əsas məqsəd..." - Elgiz Kərəmli

Bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydanında digər 1-ci Liqa təmsilçisi "Difai" ilə yoxlama oyununa çıxan "Şəfa" 0:1 hesabı ilə məğlub olub.

Qarşılaşmanın ardından Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli fikirlərini Fanat.Az-a bölüşüb.

"Məğlubiyyətə baxmayaraq, futbolçularımız oyun planımıza uyğun futbol numayiş etdirdilər. Oyuna nəzarət edə bildik. Hər birindən razı qaldım. Qol fürsətləri yaratsaq da, hesabı dəyişə bilmədik. Təbii ki, yoxlama oyunlarında nəticə önəmli deyil. "Difai" ilə görüşdə əsas məqsəd zədədən dönən futbolcularımızın bərpasını tezləşdirmək və heyətə akademiyadan cəlb etdiyimiz oyunçulara şans vermək idi. Mövsümün sonuna kimi çempionat oyunlarında da gənclərə şans verməyi düşünürük".

Qeyd edək ki, "Şəfa" sabah "Şimal" sınaq matçı keçirəcək. 

Nihat
 

Seçilən
2
1
fanat.az

2Mənbələr