AZ

DSX-nin Xüsusi Məktəbi şagirdlərin beşinci sinfə qəbulunu elan edir

Bakı, 28 yanvar, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbi şagirdlərin beşinci sinfə qəbulunu elan edir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, qəbul imtahanı test üsulu ilə keçirilir və imtahanda iştirak etmək istəyən namizədlər Dövlət İmtahan Mərkəzinin rəsmi saytında şəxsi kabinet yaradaraq elektron ərizə formasını doldurmalıdırlar.

Bildirilib ki, qeydiyyat 2026-cı il mart ayının 16-dək həyata keçiriləcək. Tədris Azərbaycan bölməsi üzrə aparılır.

Qəbul qaydaları və digər suallarla bağlı DSX-nin Xüsusi Məktəbinə müraciət etmək mümkündür.

Ünvan: Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 5

Əlaqə nömrəsi: (012)-554-92-44

Seçilən
18
2
azertag.az

4Mənbələr