Bir müddət əvvəl hücumçu Nil Mopenu ələ salan “Sevilya” maraqlı addımı ilə gündəmə gəlib.
QOL.az xəbər verir ki, İspaniya təmsilçisi fransalı futbolçunun “Marsel”dən icarəyə götürüldüyünü rəsmən açıqlayıb.
Maraqlısı isə odur ki, yayda “Marsel”lə keçirilən yoldaşlıq oyunundan sonra “Sevilya” klubunun sosial şəbəkə hesablarında Mopelə qarşı istehzalı paylaşım edilmişdi.
Həmin paylaşımda belə yazılmışdı: “Mope hər dəfə meydana çıxıb qol vurmayanda, admin gülümsəyir".
Aradan beş ay keçəndən sonra Nil Mope bu tvitə cavab verərək yazmışdı: “Ey admin, kabinetin haradadır? Sadəcə səninlə danışmaq istəyirəm".
Beləliklə, bir vaxtlar istehza obyektinə çevrilən Mope indi “Sevilya”nın futbolçusudur.