AZ

2025-ci ildə sahibkarlar üçün bir sıra layihə və proqramlar icra edilib

Bakı. Trend:

2025-ci ildə sahibkarlığın təşviqi, gənclərin və qadınlarınsahibkarlıq fəaliyyətinə cəlb olunması, innovativ biznestəşəbbüslərinin dəstəklənməsi, maliyyə resurslarına çıxış vəalternativ maliyyələşmə və s. istiqamətlərdə bir sıra layihə vəproqramlar həyata keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşqurumlarla birgə reallaşdırdığı “Qarabağ KOB-ları”, “Uğurlutərəfdaşlıqda xanım sahibkarlar”, “Bizdən biznesə” startapmüsabiqəsi, “Gənclərin biznes emalatxanası”, “Biznes Akademiyası”,“İnvestisiya səyahəti”, “Regional tərəfdaşların inkişafı” və s.layihələrdən ümumilikdə 300-ə yaxın sahibkar, biznesə başlamaqistəyən şəxs və startap faydalanıb. Layihələr Bakı şəhərini və ölkəregionlarını əhatə edib. Bu layihələr çərçivəsində iştirakçılarınbiznes biliklərinin artırılması üçün təlimlər, ofis və istehsalatziyarətləri, dövlət qurumları ilə görüşlər, master klaslar təşkilolunub, sahibkarlara müxtəlif avadanlıqlar verilib, startaplayihələri maliyyələşdirilib.

Sahibkarlar və digər maraqlı tərəflər KOBİA-nın tərəfdaşqurumlarla birgə 2026-cı ildə həyata keçirəcəyi müxtəlif layihə vəproqramlar barədə Agentliyin www.smb.gov.az internet səhifəsini vəsosial media hesablarını izləməklə məlumat əldə edə bilərlər.

Məqalədə:
Seçilən
11
3
az.trend.az

4Mənbələr