AZ

“Qarabağ”ın iki əsas oyunçusu üçün təhlükə: Sarı vərəqə alsalar...

UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda bu gün “Liverpul”la qarşılaşacaq “Qarabağ”ın iki əsas futbolçusu Mateus Silva və Kevin Medina matçda sarı vərəqə almamalıdır.

Turkustan.az xəbər verir ki, bu oyunçulardan hər hansı biri hakim tərəfindən cəzalandırılsa, pley-off matçını buraxmalı olacaq.

Medina və Silva “Liverpul”la matçda diqqətli olmaq məcburiyyətindədirlər.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” matçı bu gecə saat 00:00-da başlayacaq./Cebheinfo.az/

Seçilən
36
9
turkustan.az

10Mənbələr