AZ

Əraqçi və Fidan İran–ABŞ gərginliyinin azaldılmasını müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi və Türkiyə XİN rəhbəri Hakan Fidan arasında telefon danışığı olub.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər regional məsələləri müzakirə ediblər və İranla ABŞ arasında gərginliyin azaldılması barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bundan əvvəl Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla telefon söhbəti aparıb.

Seçilən
43
5
apa.az

6Mənbələr