AZ

Sülh və güc arasında balans: Azərbaycan yolunu göstərir- ÖZƏL 

Bakıda Azərbaycanın XİN naziri Ceyhun Bayramovla görüşdən sonra danışan İranın XİN müavini Vahid Cəlalzadə bildirib ki, İrana hücum baş verərsə, müharibə sərhədləri aşaraq regiona yayıla bilər.
İran rəsmisinin Bakıya səfəri zamanı belə bir fikir səsləndirməsi açıq təhdid kimi dəyərləndirilə bilərmi? Mövzu ilə bağlı politoloq Fuad Heydər Olaylar.az-a açıqlama verib: 
"  İranın Azərbaycana verdiyi hər hansı mesaj heç vaxt təhdid ola bilməz. Çünki Azərbaycan Respublikasının ərazi bütövlüyü toxunulmazdır və paralel olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmişə öz dəsti-xəttini qoruyaraq bildirib ki, kimsə bizi təhdid edərsə, təbii ki, cavabını alacaqdır.
Hazırda İranla münasibətlər açıq şəkildə, tam və geniş formatda davam edir. İranda hər hansı ikinci və ya üçüncü ölkə ilə müharibə baş verərsə, Azərbaycan dövləti Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların himayədarlığını etməyi öz öhdəliyinə götürür. Bu, birmənalı şəkildə belədir. Təbii ki, Azərbaycan dövləti hər hansı başqa bir dövlətlə müharibə şəraitində deyil. Qeyd etmək olar ki, ABŞ Prezidenti Donald Trampla görüşlərdə və sonuncu görüşlər çərçivəsində sülh sazişinin imzalanması da göstərir ki, Azərbaycan sülh tərəfdarıdır və heç vaxt sülh yolundan kənara çıxmayacaqdır.
Heç bir güc bizi təhdid edə bilməz. Əgər belə bir təhdid olarsa, cavabımız ordumuz və dövlətimizin gücü ilə veriləcəkdir. İranın əvvəllər də bizə müxtəlif mesajları olub. Amma bütün bu mesajlara cavab birmənalı şəkildə verilibdir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr