AZ

Məktəbli qız polisə ZƏNG EDƏRƏK...

Ajans.az Kras Mash Telegram kanalına istinadən xəbər verir ki, polis əməkdaşları və könüllülər şəhərin qarajları və zirzəmilərində qızı axtarmaq üçün bir neçə saat vaxt sərf ediblər. Lakin araşdırmalar zamanı məlum olub ki, qız bütün bu müddət ərzində evdə olub. O, darıxdığını və polisin nə qədər tez gələcəyini yoxlamaq məqsədilə belə bir “sınaq” aparmaq qərarına gəldiyini etiraf edib.

Hazırda yetkinlik yaşına çatmayanların işləri üzrə şöbə tərəfindən araşdırma aparılır. Məktəbli qızın valideynləri isə övladlarının davranışına nəzarəti düzgün təmin etmədiklərinə görə inzibati məsuliyyətlə üzləşə bilərlər.

Seçilən
23
Ajans.az

1Mənbələr