Tarixin səhifələrində 28 yanvara gəlib çatdıq.
Hit.az bildirir ki, 28 yanvar tarixi dünya və Azərbaycan tarixində iz qoymuş hadisələrlə yaddaqalan günlərdən biridir.
Bu tarixdə də baş verən siyasi, mədəni və elmi hadisələr cəmiyyətlərin inkişafına öz təsirini göstərib. 28 yanvar həm də müxtəlif sahələrdə tanınmış və görkəmli şəxslərin doğulduğu bir gün kimi də yadda qalıb. Hansı ki, onların ideyaları, yaradıcılığı və fəaliyyəti bu gün də xatırlanır. Həmçinin, bu tarixdə bir çox önəmli şəxs də aramızdan ayrılıb. Keçmişə nəzər salmaqla 28 yanvarın tarixi əhəmiyyətini daha aydın görmək mümkündür.
Bu yazıda məhz həmin doğulanları və vəfat edənləri xatırlayacağıq...
İlk növbədə qeyd edək ki, 1923-cü ilin 28 yanvar tarixində “Azərbaycan” ədəbiyyat jurnalı nəşr olunub.
28 yanvarda doğulanlar:
1717-ci ildə Osmanlı sultanı III Mustafa,1864-cü ildə rus heykləltaraş Anna Qolubkina, 1873-cü ildə fransız yazıçı Kolett, 1947-ci ildə türkiyəli siyasətçi Heydər Baş, 1955-ci ildə Fransa prezidento Nikolya Sarkozi, 1959-cu ildə amerikalı rejissor Frenk Darabont,1972-ci ildə balaban ifaçısı, əməkdar artist Şirzad Fətəliyev, 1978-ci ildə italiyalı futbolçu Canluici Buffon və 1981-ci ildə amerikalı aktyor Elayca Vud dünyaya gəlib.
28 yanvarda vəfat edənlər:
1547-ci ildə İngiltərə və İrlandiya kralı VIII Henri, 1970-ci ildə iranlı siyasətçi Seyid Həsən Tağızadə, 1972-ci ildə italiyalı yazıçı Dino Bussati, 1975-ci ildə alim Murtuza Nağıyev, 1980-ci ildə diktor Aydın Qaradağlı, 1992-ci ildə tarixçi Əlisöhbət Sumbatzadə, 2013-cü ildə Güney azərbaycanlı siyasətçi Raziyə Şabani, 2015-ci ildə şair, Milli Məclisin II və III çağırış deputatı Vaqif Səmədoğlu, 2019-cu ildə futbolçu Adil Nadirov və 2021-ci ildə SSRİ Xalq artisti Vasili Lanovoy vəfat edib.
Pərviz