AZ

Deputatları çəkmək qadağan edildi – Rusiyada

Rusiya Dövlət Dumasında fotojurnalistlərə artıq plenar iclasları çəkməyə icazə verilmir.

KONKRET.az xəbər verir ki, zalda yalnız parlamentin ştat fotoqrafları və videooperatorları qalacaq.

Vyaçeslav Volodinin sözlərinə görə, bu tədbir deputatların sakit şəkildə işləyə bilməsi üçün lazımdır: jurnalistlər onları tez-tez yöndəmsiz anlarda, əsnəyərkən və yaxud uyğunsuz formalarda kadra salırlar.

Qadağaya səbəb olan hallardan biri də 105 min rubl dəyərində gödəkçə seçən deputatın qalmaqallı fotosu olub.

Ağagül Mürsəlov,
KONKRET.az

Seçilən
21
1
konkret.az

2Mənbələr