AZ

"Mançester Yunayted" dünyanın ən yaxşı qapıçılarından birini transfer etmək istəyir

“Mançester Yunayted” qapıçı mövqeyini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumata görə, “qırmızı şeytanlar” Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martinesin transferinə yenidən qayıtmaq niyyətindədir. Artıq oyunçunun agenti ilə danışıqlara başlayıb. Mançester təmsilçisi 33 yaşlı dünya çempionu uğrunda “İnter”lə rəqabət aparmağa hazırdır.

Potensial transferin məbləği 46 milyon avro civarında qiymətləndirilir. Emiliano Martines “Aston Villa” ilə 2029-cu ilin ortalarına qədər qüvvədə olan müqavilə ilə bağlıdır.

Qeyd edək ki, argentinalı qolkiper cari mövsümdə Premyer Liqada 19 oyunda meydana çıxıb, 17 qol buraxıb. Altı qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

Seçilən
11
90deqiqe.az

1Mənbələr