“Barselona”nın müdafiəçisi Ronald Arauxo uzunmüddətli fasilədən sonra tədricən optimal formaya qayıdır.
Msport.az xəbər ki, uruqvaylı futbolçu noyabrın sonundan yanvarın əvvəlinə qədər meydana çıxmamışdı – klub psixoloji problemlərlə bağlı ona istirahət vermişdi.
Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik 26 yaşlı müdafiəçini yenidən əsas heyətə qaytarmağa hazırdır və bunun üçün uyğun zamanı gözləyir. Arauxonun uzun fasilədən sonra start heyətində ilk oyununun fevralın 3-də keçiriləcək kubok matçında – “Albasete”yə qarşı görüşdə baş tutması ehtimal edilir.
O, sıraya qayıtdıqdan sonra artıq iki oyunda sonradan meydana çıxıb – “Real” və “Slaviya” ilə qarşılaşmalarda.