Sent-Luis Universitetinin (Missuri) amerikalı alimləri çobanyastığı çayının ən təhlükəsiz və ən təsirli xərçəng profilaktikası olduğu qənaətinə gəliblər.
Qaziler.az bildirir ki, bu barədə nv-news.com məlumat verib.
Uzunmüddətli tədqiqatlar bu çayın içilməsinin hər cür şişin inkişaf riskini azaltdığını təsdiqləyib. Bu qoruma çobanyastığı çayında olan apigenin adlı maddə tərəfindən təmin edilir. O, xərçəng hüceyrələrinin inkişafını və çoxalmasını maneə törədir və həmçinin bədənin iltihab və infeksiyalarla mübarizə aparmasına kömək edir.
Cəfəri, şüyüd, kərəviz və dəniz məhsullarından lazımi dozada apigenin də ala bilsəniz də, gündə yalnız bir fincan çobanyastığı çayı xərçəngə qarşı effektiv qorunma təmin edəcək.
QAZİLER.AZ