AZ

Amerikanın texnologiya nəhəngi Amazon 16 min iş yerini ixtisar edəcəyini açıqladı

Amazon səhvən işçilərinə göndərilən elektron məktubdan bir neçə saat sonra 16 min iş yerini ixtisar edəcəyini rəsmən təsdiqləyib. İxtisarlar ABŞ, Kanada və Kosta Rikadakı əməkdaşları əhatə edəcək və şirkətin “bürokratik maneələri azaltmaq” planının bir hissəsi kimi həyata keçiriləcək.

QHT.az xəbər verir ki, şirkətin vitse-prezidenti Beth Galetti bildirib ki, Amazon mütəmadi kütləvi ixtisarlar aparmaq niyyətində deyil, lakin bəzi komandalar hələ təşkilati dəyişikliklərini tamamlamayıb.

Qeyd edək ki, 2022-ci ildən bəri Amazon, Meta, Google və Microsoft daxil olmaqla iri texnologiya şirkətləri ümumilikdə təxminən 700 min işçini ixtisar edib. Bu il Meta bir neçə yüz, Pinterest isə təxminən 700 iş yerini bağlayıb.

Seçilən
20
qht.az

1Mənbələr