AZ

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib.

İlkin məlumata görə, "Haima", "Mercedes" və "Opel" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
68
3
bakivaxti.az

7Mənbələr