AZ

Naxçıvanda 7 milyonluq şok: Vüqar Abbasovun şirkəti dövlətə borclandı

Naxçıvanda 7 milyonluq şok: Vüqar Abbasovun şirkəti dövlətə borclandı

Naxçıvanda tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan "Cahan Tabak Beynəlxalq" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb.

Şirkətin 6 milyon 970 min 456 manat 25 qəpik vergi borcu var.

MMC-nin qanuni təmsilçisi Hüseynzadə Amil Cabbar oğludur. Nizamnamə kapitalı 497150 AZN-dir. Qeyd edək ki, "Cahan Tabak Beynəlxalq" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət istiqaməti tütün məhsullarının istehsalıdır. Hazırda fabrikdə "Cahan", "Visore", "Nova" və "Fine" markalı filtrli siqaretlər istehsal olunur.

Bu məhsulların istehsalı üçün istifadə olunan xammal və materiallar İngiltərə, Avstriya, Belçika, Malaysiya, Hindistan, İndoneziya və digər ölkələrdən alınır. Bu MMC "Cahan Holdinq"ə daxildir. "Cahan Şirkətlər Qrupu"nun təsisçisi Vüqar Abbasovdur.

Uzun illər mediada bu holdinqin Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğu barədə məlumatlar dərc edilib. Mediada yayılan məlumatlara görə, "Cahan” Holding Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun vəzifə tutduğu dövürdə təsis olunub. Belə ki, Vasif Talıbov da 1995-ci ildə Ali Məclisin sədri seçilmişdi, "Cahan” Holding də elə həmin il təsis olunub.

Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirən "Cahan Holdinq" avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. Mediada gedən digər iddialara görə, Vüqar Abbasov bir zamanlar köhnə bazarda səyyar siqaret satmaqla məşğul olub.

Rəsmi olan məlumatlara görə V.Abbasov 1995-ci ildən “Cahan Holdinq”in qurucusu və prezidentidir. 2014-cü ildən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədridir.

Mənbə: 32gun.az

Seçilən
29
afn.az

1Mənbələr