AZ

“44 gün-Tarixi zəfər" adlı çoxcildliyin IV cildi şəhid ailələrinə təqdim olundu...



Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksyası yanvarın 28-də Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatı ilə birgə YAP Yasamal rayon təşkilatında "44 gün – Tarixi zəfər" adlı çoxcildliyin IV cildinin təqdimatını keçirdi. Bu cilddə Vətən uğrunda şəhid olmuş şəxslər haqqında ensiklopedik məlumatlar yer alıb, onların adları və xatirələri əbədiləşdirilib.
Təqdimat mərasimində şəhid ailələri, millət vəkilləri, YAP-ın Yasamal rayon təşkilatının üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Dövlət himninin səslənməsi və şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev açdı. Respublika Xatirə Kitabı Redaksiyasının yaranmasının 30 illiyinə həsr olunan videoçarx nümayiş olundu.
Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxışında bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əli¬yevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə baş¬lamış Respublika Xatirə Kitabı insan resurslarını əbədiləşdirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir.
N.Məmmədova redaksiyanın indiyə qədər gördüyü işlərdən, gələcək planlarından da danışdı.
Millət vəkili Vüqar Rəhimzadə, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, millət vəkili Ceyhun Məmmədov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, “Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşov, Yasamal rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən müharibəsi şəhidi Nurlan Musayevin anası Rahilə Ramazanova çıxış edərək torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əbədi yaşayacağını, onların adlarının ürəklərə qızıl hərflərlə həkk olunduğunu dedilər.
Tədbirin sonunda “44 gün – Tarixi zəfər” adlı çoxcildliyik şəhid ailələrinə təqdim edildi və xatirə şəkli çəkildi.
Təqdimat mərasimdən hazırladığımız geniş yazı ilə növbəti gün tanış ola bilərsiniz.
İradə SARIYEVA

Seçilən
14
baki-xeber.com

1Mənbələr