Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi-19A ünvanında yerləşən binada yanğında dünyasını dəyişən Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova hələ də reanimasiyadadır.
Bu barədə “Yeni Sabah”a Yeni Klinikadan məlumat verilib.
Bildirilib ki, Ləmanın vəziyyəti eyni olaraq qalır:
“Həkimlər onun yanına heç kimi buraxmır. Müalicələr davam etsə də, ciddi dəyişiklik yoxdur. Ləman Qulamovanın durumu eyni olaraq qalır”.
Qeyd edək ki, L.Qulamova noyabr ayından etibarən xəstəxanada müalicə alır.
Xatırladaq ki, noyabrın 21-də Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Hadisə zamanı 2018-ci il təvəllüdlü Arzu Qənbərli, 1983-cü il təvəllüdlü Samir Məhəmmədov və 1977-ci il təvəllüdlü Könül Hümbətova ölüb. 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.
Aytac Əliyeva
Telegram kanalımız