AZ

“AzerGold” QSC cari ildə ilk ixrac əməliyyatını həyata keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ixracatçı dövlətşirkətlərindən biri olan “AzerGold” QSC cari ilin yanvar ayında2026-cı il üzrə ilk ixrac əməliyyatını uğurla həyata keçirib.

Şirkət tərəfindən ixrac edilən ilk partiya qızıl və gümüşünbeynəlxalq bazarlarda satışı nəticəsində ölkə iqtisadiyyatına 32,9milyon manat həcmində vəsait cəlb edilib.

Ötən il ərzində dövlət şirkəti beynəlxalq və yerli bazarlardaümumilikdə 73,2 min unsiya qızıl və 93,2 min unsiya gümüşünsatışını həyata keçirib. Bu satışlardan əldə olunan ümumi gəlir439,3 milyon manat təşkil edib ki, bu da əvvəlki illə (2024-cü il)müqayisədə 43 faiz çoxdur.

Qeyd edək ki, dövlət şirkəti fəaliyyət göstərdiyi müddət ərzindəümumilikdə 560,5 min unsiya qızıl və 1,04 milyon unsiya gümüşsatışını həyata keçirərək ölkə iqtisadiyyatına 1,9 milyard manatdəyərində vəsait cəlb edib.

“AzerGold”
“AzerGold”
Məqalədə:
Seçilən
47
17
az.trend.az

10Mənbələr