AZ

“Monako” Poqbadan imtina etməyə hazırlaşır

Fransanın “Monako” klubu Pol Poqba ilə bağlı qərar verməyə yaxındır. Klub rəhbərliyi yarımmüdafiəçi ilə yolların ayrılmasını nəzərdən keçirir.

İdman.Biz xəbər verir ki, fransız futbolçu dopinq səbəbindən aldığı diskvalifikasiyadan sonra noyabr ayında yaşıl meydanlara qayıtsa da, bu müddətdə cəmi 33 dəqiqə oyun vaxtı əldə edib. Bu göstərici Poqbanın komandanın əsas planlarında yer almadığını göstərir.

Maraqlıdır ki, zəif oyun praktikası və qeyri-müəyyən gələcəyinə baxmayaraq, Poqba 2025-ci ilin sonunda “Globe Soccer Awards” tərəfindən “İlin kambeki” mükafatına layiq görülüb.

İdman.Biz
Seçilən
9
1
idman.biz

2Mənbələr