Belarus Prezidenti Aleksandr Lukaşenko Birlik Kubokunun dördüncü mərhələsində qalib gələn komandaya qondarma "dopinq" təqdim etdi.
Qaziler.az bildirir ki, bu barədə 28 yanvarda Belarus liderinin mətbuat xidmətinə yaxın olan "Pool Pervogo" Telegram kanalı məlumat verib.
"Salo! Çörək! Prezident içkiləri! "Birinci"dən çempion biatlonçularımız üçün 'dopinq'".
Lukaşenkonun mətbuat katibi Natalya Eysmontun idmançılara xüsusi mükafat təqdim etdiyi bildirilir. Onun sözlərinə görə, Belarus lideri hesab edir ki, idman dünyasında dopinqin yalnız "donuz yağı, çörək və içkilər şəklində" mövcud ola bilər.
Buna cavab olaraq, biatlonçular Lukaşenkoya idmana göstərdiyi diqqətə və respublikada biatlona verdiyi dəstəyə görə təşəkkür ediblər.
QAZİLER.AZ