“Fənərbaxça” UEFA Avropa Liqasının 8-ci turunda səfərdə Rumıniya təmsilçisi FCSB ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, oyun öncəsi İstanbul klubunun düşərgə heyəti açıqlanıb.
Komandada Con Duran, Edson Alvarez, Arçi Broun və Levent Mercan müxtəlif səbəblərdən heyətə daxil edilməyib. Bundan başqa, sarı vərəqə cəzalısı olan Milan Şkrinyar da bu görüşdə forma geyinə bilməyəcək.
Həmçinin UEFA siyahısında adları yer almayan Matteo Guendouzi, Mert Günok və Antoni Musaba da səfər heyətindən kənarda qalıb.

"Mançester Yunayted" "Everton"un futbolçusu ilə maraqlanır
45 yaşında klubunu dəyişdi
“Reyncers” “Fənərbaxça”ya "yox" dedi
“Mançester Siti” “Milan”ın təklifini rədd edib
Con Duran Avropa klublarının hədəfində