AZ

Kanadadan DÇ-2026-ya getmək istəyən azarkeşlərə bəd xəbər

Kanada hakimiyyəti 2026-cı il futbol üzrə dünya çempionatının oyunlarını izləməyi planlaşdıran azarkeşlər üçün viza müraciətlərinə baxış zamanı yoxlamaları sərtləşdirib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinin nümayəndələri məlumat yayıb.

Bu addım turnirlə əlaqədar sığınacaq üçün müraciətlərin mümkün artımının qarşısını almağa yönəlib. Qurum futbol azarkeşlərinin müraciətlərini xüsusilə diqqətlə qiymətləndirir. Hətta matça biletin olması belə vizanın verilməsinə və ya ölkəyə maneəsiz girişə zəmanət vermir. Turistin turnirdən sonra ölkəsinə qayıtmaq niyyətində olmadığına dair şübhə yaranarsa, bu, imtina üçün əsas ola bilər.

Nazirliyin rəsmi nümayəndəsi İzabel Dübuanın sözlərinə görə, qurum FİFA tədbirləri ilə bağlı ola biləcək sığınacaq müraciətlərini diqqətlə izləyəcək: “Dünya çempionatı kimi tədbirlər sığınacaq əldə etmək üçün yol deyil”.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Bu, 48 milli komandanın iştirak edəcəyi ilk turnir olacaq. Kanada bir sıra oyunlara ev sahibliyi edəcək və bu, ölkəyə 10 minlərlə xarici azarkeşin gələcəyi ilə bağlı proqnozlar yaradır.

Seçilən
8
publika.az

1Mənbələr