AZ

Nazir: Regional sabitlik Gümrü-Qars dəmir yolunun bərpası vacibdir

Ermənistan Respublikası Türkiyə ilə münasibətlərin tam normallaşdırılmasına qətiyyətlə sadiqdir.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bunu Avropa Şurası Parlament Assambleyasındakı çıxışında bildirib.

"Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşdırılmasına qətiyyətlə sadiqdir. Sərhədlərin tam açılması, diplomatik münasibətlərin qurulması və Gümrü-Qars dəmir yolunun bərpası da daxil olmaqla, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində daha da irəliləyiş regional sabitliyin və rifahın möhkəmləndirilməsinə mühüm töhfə olacaq", - deyə Ermənistanın xarici işlər naziri qeyd edib.


Telegram kanalımız
Seçilən
5
yenisabah.az

1Mənbələr