AZ

Yollarda dəyişiklik etdilər, problem niyə artdı?

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışında paytaxtın Tbilisi prospektinin Bakıxanov körpüsü ilə kəsişdiyi ərazidə hərəkətin təşkilində edilən dəyişiklikdən sonra yaranmış problem barədə məlumat verilib.

Bildirilib ki, yeni yol xətlənməsindən sonra sürücülər iki hərəkət zolağını və bir avtobus zolağını "qayçı effekti" ilə, demək olar ki, düz bucaq altında kəsmək məcburiyyətində qalırlar.

Baku TV-də qeyd edilib ki, İzmir parkı istiqamətində hərəkət edən sürücülər sağdan gələn avtomobilləri yol kənarındakı maneələr səbəbindən vaxtında görə bilmirlər.

Kəsişmədən sonra yerləşən nizamlanmayan piyada keçidi vəziyyəti daha da mürəkkəbləşdirir. Vurğulanıb ki, oxşar problemlər metronun "Nizami" stansiyası istiqamətində də müşahidə olunur.

Yol nişanlarının olmaması və zolaqların qeyri-dəqiq təşkili sürücülər üçün əlavə çətinlik yaradır.

Seçilən
5
1
far.az

2Mənbələr