AZ

Marinera tankerinin iki rus üzvü azad edilib

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Azad edilən heyət üzvləri Rusiyaya gətirilir

Soçi limanında yerləşən "Marinera" tankerinin heyət üzvlərindən iki rus dənizçisi azad edilib və Rusiyaya qayıdırlar. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova deyib.

Qeyd edək ki, 7 yanvarda ABŞ Sahil Mühafizəsi "Marinera" tankerini Şimali Atlantikada ABŞ sanksiyalarını pozduğuna görə saxlayıb. Gəmi 2025-ci ilin dekabrında Donald Trampın tətbiq etdiyi blokadaya baxmayaraq Panama bayrağı altında “Bella 1” adı ilə Venesuela sahillərinə yaxınlaşmağa çalışıb. Cənubi Amerikadan ayrıldıqdan sonra onu ABŞ Sahil Mühafizəsi gəmisi təqib edib. Daha sonra heyət gəminin üzərinə Rusiya bayrağı çəkib və adını "Marinera" olaraq dəyişdirib. ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altında olan bu adı daşıyan bir gəmi Rusiya reyestrində olub.

8 yanvarda Rusiya XİN yalan bayraq iddialarını əsassız elan edərək bəyanat yayıb. Qeyd edilib ki, çünki tanker 24 dekabr 2025-ci ildə Rusiya bayrağı altında üzmək üçün qanuni olaraq müvəqqəti icazə alıb və bu barədə ABŞ hakimiyyət orqanlarını rəsmi səviyyədə məlumatlandırıb.

Rusiya bir neçə həftə davam edən gəminin təqibinə razılıq verməkdən imtina etməklə yanaşı, rəsmi etiraz da bildirib. XİN tankerin ələ keçirilməsini "beynəlxalq dəniz hüququnun fundamental prinsipləri və normalarının, eləcə də naviqasiya azadlığının" kobud şəkildə pozulması və "gəmi sahibinin qanuni hüquq və mənafelərinin" ciddi şəkildə pozulması adlandırıb.

ABŞ Prezidenti daha sonra heyətdən iki Rusiya vətəndaşını azad etmək qərarına gəlib. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, nazirlik rusların ölkəyə qaytarılması üçün səylərə başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
ayna.az

1Mənbələr