AZ

Milli Məclisin İnsan hüquqları komitəsində yeni “Uşaq hüquqları haqqında” qanun müzakirə edilib (FOTO)

Bakı. Trend:

Yanvarın 28-də Milli Məclisin İnsan hüquqları komitəsininnövbəti iclası keçirilib.

Trend xəbərverir ki, komitə sədri Zahid Oruc iclasda birinci oxunuşda olan ikiqanun layihəsinin müzakirə ediləcəyini bildirib.

Tədbirdə əvvəlcə, “Uşaq hüquqları haqqında” AzərbaycanRespublikası qanununun layihəsinə baxılıb. Sənədi təqdim edənkomitə sədri Zahid Oruc uşaqların sağlam, savadlı yetişdirilməsi,vətənpərvər ruhda böyüməsi, şəxsiyyət kimi formalaşmasınınvacibliyindən söhbət açıb.

Diqqətə çatdırılıb ki, qanun layihəsində AzərbaycanRespublikasında uşaqlar barəsində dövlət siyasətinin əsasprinsipləri, onların hüquq və azadlıqları, həmin hüquq vəazadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatları vədövlət nəzarətinin əsasları müəyyən edilir. Layihədə əsasanlayışlar, qanunun tətbiq dairəsi göstərilir, uşaqlar barəsindədövlət siyasətinin məqsədləri təsbit olunur. Sənəddə, habeləuşaqların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətinəsas vəzifələri, uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi üzrədəstək proqramlarının həyata keçirilməsi, uşaqların mənafelərininüstünlüyünün əsas təminatları, onların yaşamaq və inkişaf etməkhüququ ilə bağlı məsələlər öz əksini tapıb. Bununla yanaşı, uşağınfərdiliyinin qorunması, tərbiyə almaq, həyat və sağlamlığınınqorunması, azadlıq və şəxsi toxunulmazlıq, şərəf və ləyaqətininmüdafiəsi hüququ digər hüquqları müvafiq maddələrdə qeydedilir.

Layihədə hərbi münaqişələr dövründə, habelə təbii fəlakətlər,bədbəxt hadisələr və qəzalar nəticəsində zərər çəkmiş uşaqlarınmüdafiəsi, uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısınınalınması üzrə profilaktik tədbirlər, çətin həyat şəraitində olanuşaqların aşkarlanması və onların sosial müdafiəsi, əlilliyi olan,valideyn himayəsindən məhrum olmuş, baxımsız, kimsəsiz və ya sosialtəhlükəli vəziyyətdə olan uşaqların hüquqları yer alıb.

Bildirilib ki, yeni qanun layihəsində uşaq hüquqları üzrə dövləttəminatları daha geniş formada əks olunur, çətin həyat şəraitindəolan uşaqların hüquq və mənafelərinin qorunması üçün kompleksyanaşmanı özündə əks etdirən hüquqi tənzimləmə müəyyən edilir.Həmçinin layihəyə uşaqlarla bağlı icraata dair beynəlxalqnormalardan irəli gələrək prinsipial məsələlər, uşaq hüquqlarınınhəyata keçirilməsinə dövlət nəzarəti mexanizmi daxil edilib.

Sonra iclasda Azərbaycan Respublikasının Mülki ProsessualMəcəlləsində, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində,“Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrəkomissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”,“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquqpozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idmanhaqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütünməmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”,“Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Mediahaqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi(birinci oxunuş) təqdim edilib.

Qeyd olunub ki, sənəddə “Uşaq hüquqları haqqında” qanunlayihəsindən irəli gələn uşaqların hüquq və azadlıqlarının təminedilməsi, uşaq hüquqlarının təminatının hüquqi əsaslarınınformalaşdırılması məqsədilə bir sıra qanunvericilik aktlarındauyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur.Təklif edilən dəyişikliklər uşaqlarla bağlı ədalət mühakiməsininhəyata keçirilməsi zamanı onların üstün mənafelərinin nəzərəalınması, fərdi məlumatlarının qorunması, çətin həyat şəraitindəolan uşaqların aşkar edilməsi mexanizmi, uşaqların zorakılıqdanqorunması ilə bağlı qanunvericilikdə yeni təminatların müəyyənedilməsinə imkan verəcək.

Məsələlər ətrafında müzakirələrdə komitənin sədr müavini ArzuxanƏli-zadə, Razi Nurullayev, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev,Mübariz Qurbanlı, Sevil Mikayılova, Hikmət Məmmədov, VüqarRəhimzadə, Tural Gəncəliyev, Elman Nəsirov, parlament AparatınınSosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, habelə iclasdaiştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova,“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri MehribanZeynalova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosialtəminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov çıxış edərək,layihə ilə bağlı fikirlərini açıqlayıblar, bəzi qeyd vətəkliflərini səsləndiriblər.

Çıxışlarda yeni qanun layihəsinin üstünlükləri, sənəddə təsbitolunan məsələlərin aktuallığından söhbət açılıb, uşaqların fiziki,mənəvi, intellektual baxımdan formalaşmasının vacibliyi, rəqəmsalmühitin uşaqların inkişafına təsiri və digər məsələlər barədədanışılıb.

Müzakirələrin yekununda təqdim edilən hər iki qanun layihəsibirinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Tədbirdə komitə üzvləri Azər Allahverənov, Mircəlil Qasımlı,aidiyyəti qurumların nümayəndələri və digər rəsmi şəxslər iştirakediblər.

Milli
Milli
Milli
Milli
Seçilən
35
9
az.trend.az

10Mənbələr