“Enfild”... Bu stadion “Qarabağ” sayəsində bu həftə ölkəmizdə ən çox müzakirə edilən idman qurğusudu. Ona görə ki, “köhlən atlar” Çempionlar Liqasının oyununu məhz burda keçirəcək və “Liverpul”a matç uzun illər xatirələrdə yer alacaq.
Əlbəttə, belə futbol məbədində meydana çıxmaq Azərbaycan komandası üçün tarixi uğurdu. Özü də nəticədən asılı olmayaraq. “Liverpul” isə bura çoxdan öyrəşib. “Qırmızılar” “Enfild”də o qədər uğur qazanıb ki...
Maraqlıdı, bəs adı çəkilən stadion bu mövsüm “Liverpul”a nə bəxş edib? Daha dəqiqi, nə dərəcədə düşərli olub?
“Football-plus.az” xəbər verir ki, “qırmızılar” cari mövsümdə “Enfild”də 11 premyer-liqa (6, qələbə, 3 heç-heçə, 2 məğlubiyyət), 3 Çempionlar Liqası oyunu keçirib (2 qələbə, 1 məğlubiyyət). Bu baxımdan, stadionun “Liverpul” üçün qismən uğurlu olduğunu demək olar. Komanda 14 matçın 8-də qalib gəlib. Premyer-liqadakı ev oyunlarında 16 qol vuran “Liverpul” 11-ni buraxıb. ÇL-dəki durum isə daha vahiməlidi: ev oyunlarında cəmi 5 qol vuran “qırmızılar” qapısında 6 top görüb.
Göründüyü kimi, “Liverpul” bu mövsüm sözügedən yarışların “Enfild”də keçirilən oyunlarında həm qol vurmaqda çətinlik çəkib, həm də asanlıqla qapısında top görüb. “Qırmızılar” evdə hər oyunda orta hesabla 1,50 qol vurub. Maraqlıdı ki, bu, komandanın 2011/12 mövsümündən bəri qeydə alınan ən pis göstəricisidi. Həmin “futbol ili”ndə “Liverpul” hər oyunda orta hesabla 1,26 qol vurub.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta