“İnter”in zədəli futbolçusu Denzel Dumfrisin yaşıl meydanlara qayıdacağı tarix açıqlanıb.
Msport.az xəbər verir ki, 28 yaşlı müdafiəçinin 2 həftə sonra komanda ilə məşqlərə qoşulacağı gözlənilir.
Niderlandlı oyunçu fevralın 22-də “Leççe” ilə matçda meydana çıxa biləcək.
Qeyd edək ki, Denzel Dumfris cari mövsüm 15 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.