“Mançester Yunayted” yay transfer pəncərəsi üçün heyətini gücləndirməyi planlaşdırır.
İdmanxeber.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hazırda “Everton”da çıxış edən seneqallı vinger İliman Ndiayeni transfer siyahısına daxil edib.
“Qırmızı şeytanlar” 24 yaşlı futbolçunun keçidini məhz yayda reallaşdırmaq niyyətindədir.
Ndiayenin bazar dəyəri 45 milyon avrodur. Onun Liverpul klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.