AZ

Bu xəstəxanaya baş həkim əvəzi təyin edildi Bir ayda ikinci dəfə

Axar.az saytına istinadən ain.az xəbər verir.

Səhiyyə Nazirliyinin nəzdində Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yeni baş həkim əvəzi təyin edilib.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, müvafiq əmrlə həkim-psixiatr Sultanə Salmanova sözügedən vəzifəyə gətirilib.

Qeyd edək ki, səhiyyə naziri Teymur Musayev bir ay əvvəl bu vəzifəyə Yaqut İlyasova Hidayət qızını təyin etmişdi. Naməlum səbəblərdən Yaqut İlyasova vəzifəsindən azad edilib.

Sosial şəbəkələrdə Yaqut İlyasovanın qazilərə hörmətsizlik etməsi ilə bağlı iddialar yayılmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
1
axar.az

2Mənbələr