AZ

® ADAU “QS Avropa” və Qərbi Asiya universitetlərinin reytinqində uğurlu debüt edib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gəncə, 28 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Dünyanın ən nüfuzlu ali təhsil reytinq təşkilatlarından olan “QS Quacquarelli Symonds” agentliyi tərəfindən “QS Avropa 2026” və “QS Qərbi Asiya 2026” reytinq nəticələri açıqlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) prestijli QS Avropa universitetlərinin reytinqində 601–650 diapazonunda qərarlaşaraq, bu siyahıda ilk dəfə iştirak etməklə uğurlu debütə imza atıb. Avropada 4000-dən artıq ali təhsil müəssisəsinin fəaliyyət göstərməsinə baxmayaraq, “QS Avropa 2026” reytinqinə yalnız 958 universitet daxil edilib. Cari ildə reytinqə daxil edilən ali təhsil müəssisələri arasında ADAU universitetlərin 37,3 faizini geridə qoyaraq, rəqabətqabiliyyətli və güclü mövqeyini nümayiş etdirib.

ADAU, eyni zamanda, “QS Avropa” reytinqlərinin regional siyahılarında da fərqlənib. Belə ki, universitet “QS Qərbi Asiya 2026” reytinqində 54-cü yerə, Azərbaycan üzrə reytinqə daxil olan 15 ali təhsil müəssisəsi arasında 10-cu yerə, ölkənin regional ali təhsil müəssisələri arasında isə 2-ci yerə layiq görülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
azertag.az

1Mənbələr