Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Qarabağ iqtisadi rayonundan cəlb qoyulmuşəmanətlərin həcmi 100,701 milyon manat təşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 5,2 milyonmanat və ya 4,9% az, 2025-ci ilin yanvarın 1-nə olan göstərici iləmüqayisədə isə 12,5 milyon manat və ya 14,1% çoxdur.
Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərinorta faiz dərəcəsi 5,83%-ə bərabər olub.
Eyni zamanda, bu ilin yanvarın 1-nə Şərqi Zəngəzur iqtisadirayonundan cəlb olunmuş əmanətlərin həcmi 842 min manat olub ki, buda bir ay əvvəlki göstərici ilə müqayisədə 34 min manat, yaxud4,2%, ötən ilin eyni dövrünə nisbətən isə 409 min manat və ya 1,9dəfə çoxdur.
Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuşəmanətlərin orta faiz dərəcəsi 5,38% təşkil edib.
Qeyd edək ki, bu ilin yanvarın 1-nə Azərbaycanın ümumiregionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 16,772 milyard manattəşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə isə 2,1 milyard manat və ya 14,4% çoxdur.