AZ

NYT: Putinlə Şaraa arasındakı danışıqlarda Rusiyanın Suriyadakı hərbi mövcudluğunun taleyi həll oluncaq...

Görüşdə Rusiyanın Suriyadakı əsas hərbi bazalarının gələcəyi əsas müzakirə mövzusu olacaq...

Poliqon xəbər verir ki, The New York Times nəşrinin təhlilinə görə, Rusiya prezidenti Vladimir Putinlə Suriyanın yeni lideri Əhməd əş-Şaraa arasında keçiriləcək danışıqlarda Rusiyanın bu ölkədəki hərbi mövcudluğunun taleyi əsas sual kimi gündəmə gələcək. Söhbət Rusiyanın Suriyada saxladığı strateji obyektlərdən, Latakiya yaxınlığındakı Hmeymim aviabazasından, Tartusdakı hərbi-dəniz bazasından, eləcə də ölkənin şimal-şərqində, Türkiyə sərhədinə yaxın yerləşən və kürd regionunda yerləşən Kamışlı aviabazasından gedir.

Nəşr xatırladır ki, bu həftə Rusiyanın Kamışlıdan öz hərbi qüvvələrini çıxarmağa başladığına dair məlumatlar yayılıb. Bu proses Suriyada qüvvələr balansının dəyişdiyi bir mərhələyə təsadüf edir.

Məqalədə qeyd olunur ki, Əhməd əş-Şaraanın rəhbərlik etdiyi Suriya hakimiyyəti hazırda kürd regionu üzərində nəzarəti bərpa etməyə çalışır və bu əraziləri Suriya Demokratik Qüvvələrindən geri alır. ABŞ tərəfindən uzun müddət “İslam Dövləti”nə qarşı mübarizədə dəstəklənən, əsasən kürd döyüşçülərindən ibarət olan bu qrup son illər Vaşinqtonun diqqətindən kənarda qalıb.

The New York Times vurğulayır ki, Suriyada mərkəzi hakimiyyətin möhkəmlənməsi fonunda Moskvanın hərbi mövcudluğu ilə bağlı gələcək qərarlar həm regiondakı güc nisbətinə, həm də Rusiyanın Yaxın Şərqdəki strateji mövqelərinə birbaşa təsir göstərə bilər.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr