AZ

“Sabah” klubu futbolçusunu icarəyə verib

Bakı, 28 yanvar, AZƏRTAC

Misli Premyer Liqasında çıxış edən “Şamaxı” komandası qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə təmsilçisi “Sabah”dan Abdulla Rzayevi icarə əsasında heyətinə qatıb.

24 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər “Şamaxı”da çıxış edəcək.

Seçilən
65
1
azertag.az

6Mənbələr