AZ

Kremldə Paşinyana qarşı yeni kampaniya başlayıb? - Samvel Karapetyana dəstək vermək üçün...

"Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı Azərbaycan sülh sazişinin imzalanması və Türkiyə ilə sərhədin açılması perspektivindən danışıb. İrəvan iki qonşusuyla münasibətlərin normallaşacağına əmindir. İrəvanın ehtiyat etdiyi əsas istiqamət Rusiyadır. Bunu Ararat Mirzoyanın AŞPA-dakı çıxışında toxunduğu bir mövzudan da aydınlaşdırmaq olar. Ermənistanın xarici işlər naziri ölkəsində iyun ayının əvəlində keçiriləcək parlament seçkiləri ərəfəsində hibrid hücumların güclənəcəyini bildirib. “Biz dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyaları mühitində yaşayırıq” – deyən Mirzoyan hibrid hücumları dəf etmək üçün immunitet formalaşdırdıqlarını söyləyib".

“Yeni Sabah”ın xəbərinə görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu bildirib.

Elxan Şahinoğlu bildirib ki, Ermənistan hakimiyyətini zəiflətmək məqsədilə hibrid hücumları həyata keçirən və planlaşdırıan ünvan bəllidir:

"Bu Rusiyadır. Azərbaycan da ən çox Rusiyanın hibrid hücumlarından əziyyət çəkir, bunu aparılan monitorinqlər də sübut edir. Seçki öncəsi Ermənistana Rusiya istiqamətindən hibrid hücumların miqyasının artacağı gözləniləndir. Çünki, Kreml və onun idarə etdiyi şəbəkələr Nikol Paşinyanın lideri olduğu partiyanın seçkidə məğlub olmasına çalışacaqlar. Bunu əsaslandıran bir başqa xəbər İrəvandan gəlib.

Paşinyanın seçkidə əsas rəqibi olacaq işadamı Samvel Karapetyana dəstək vermək istəyən qüvvələr növbəyə düzülüblər. Keçmiş Prezident Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan bildirib ki, Karapetyanın komandası ilə vahid siyasi blok yaratmaq üçün danışıqlar aparırlar. Beləliklə, vaxtilə Qərbə yaxınlığı ilə tanınan Levon Ter-Petrosyan Kremlin dəstəklədiyi firuqa üstünlük vermək qərarına gəlib. Bunun iki səbəbi var. Birincisi, Levon Ter-Petrosyan düşünür ki, müxalifətin zəifliyi fonunda Paşinyanın səslərini parçalayacaq yeganə güc Karapetyanın formalaşdırdığı partiya ola bilər. İkincisi, Karapetyan Rusiyada fəaliyyət göstərdiyi “Taşir” şirkəti hesabına 3 milyard dollardan çox sərvətə malikdir. Məşhuir filmdə deyildiyi kimi “Şakaya pul lazımdır”. Bu, “qərbpərəst” Levon Ter-Petrosyanı və digərlərini Karapetyanla birliyə cəlb edən əsas amildir. Bu hesabla Karapetyanın blokuna qoşulmaq üçün digər eks-prezidentlər Robert Köçəryan və Ser Sərkisyan da növbəyə düzüləcəklər".


Telegram kanalımız
Seçilən
64
3
yenisabah.az

4Mənbələr