AZ

Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Bakı. Trend:

Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının MədəniyyətNazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyükAzərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsrolunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdanirəli gələn məsələləri həll etməlidir.

"2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin XaqaniŞirvaninin 900 illiyi tamam olur.

Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıldövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəngsimalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən vəŞərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələnqüdrətli söz ustası şeiriyyətin zirvəsində dayanan sənətnümunələrindən ibarət zəngin bir irs qoyub getmişdir. Ədalətəçağırış, mübarizə ruhu və şəxsiyyət azadlığı, mənəvi ucalıq, insanləyaqəti və idrakın gücünə inam bu nadir irsin səciyyəvicəhətləridir. Mütəfəkkir sənətkar ictimai-fəlsəfi vədidaktik-əxlaqi düşüncələrdən yoğrulan, yüksək estetik dəyərə malikhumanist məzmunlu əsərlərində sosial-tarixi hadisələri özünəməxsusbədiiliklə mənalandırmış və bunlardan ibrət almağı tövsiyəetmişdir. Xaqani yaradıcılığında parlaq lirik lövhələrlə ifadəsinitapan vətənpərvərlik motivləri şairin doğma yurda və onungözəlliklərinə sonsuz sevgisinin dolğun poetik təzahürüdür. Əsrininmədəni həyatı ilə heyrətamiz dərəcədə sıx bağlı olan Xaqani Şirvaniklassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə Yaxın vəOrta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətlitəsir göstərmişdir. Sonrakı yüzilliklərin ustad şairləri Xaqanidühasına həmişə ehtiramla yanaşmış, məktəb kimi ondanbəhrələnmişlər", - Sərəncamda qeyd olunub.

Seçilən
21
43
az.trend.az

10Mənbələr