AZ

İlham İsmayıl xəstəxanadan evə buraxıldı

Mədəsində yaranan problem səbəbi ilə əməliyyat olunan təhükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl xəstəxanadan evə buraxılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-a İ.İsmayıl özü məlumat verib.

O, hazırda əməliyyat səbəbindən səhhətində zəifləmə olsa da, bunun yaxın zamanda aradan qalxacağını bildirib:

"Əməliyyata görə bir az zəifləmişəm, halsızlıq var səhhətimdə. O da düşünürəm ki, yaxın günlərdə qaydasına düşəcək. Bu gündən artıq xəstəxanadan evə buraxılmışam".


Telegram kanalımız
Seçilən
25
9
yenisabah.az

9Mənbələr