“Hakimiyyətin gələcək iqtisadi inkişafla bağlı bəyanatlarına baxmayaraq, Axuryan–Gümrü yolunun və Türkiyə ilə sərhədin açılması əslində Ermənistan üçün ciddi təhlükə yarada bilər”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın Şirak vilayətindən olan gənc fəalların nümayəndəsi David Yuzbaşyan bildirib. Onun fikrincə, ucuz Türkiyə malları ilə rəqabət yerli istehsalın, xüsusən də toxuculuq və tikiş sənayesi kimi həssas sahələrin bağlanmasına səbəb ola bilər. Nəticədə iqtisadi artım əvəzinə Ermənistan həm ticarət, həm də enerji baxımından Türkiyə və Azərbaycandan birbaşa asılı vəziyyətə düşəcək. Bu isə ölkəni siyasi təzyiqlərə açıq hala gətirəcək: sərhədlərin bağlanması və ya tədarükün dayandırılması sabitlik və dövlət suverenliyinə təhlükə yaradan təsir alətinə çevrilə bilər.
Ağagül Mürsəlov,
KONKRET.az