AZ

Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib

Bakı. Trend:

Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görəcəzalar sərtləşdirilib.

Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan RespublikasınınCinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati XətalarMəcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”və “Mədəniyyət haqqında” Qanunlarına edilən dəyişiklikdə öz əksinitapıb.

Dəyişikliyə əsasən, mədəni sərvətlərin mühafizə siyahısına daxiledilmiş milli mədəni irs obyektlərinin Azərbaycan Respublikasınınərazisindən qanunsuz aparılmasına görə

- fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər altımin manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğindəcərimə ediləcək.

Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədənisərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcədə onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaqtikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərininvə ya abadlaşdırma tədbirlərinin aparılmasına görə fiziki şəxslərüç min manat məbləğində, vəzifəli şəxslər altı min manatməbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cəriməediləcək.

Qanun 2026-cı il fevralın 1-dən qüvvəyə minəcək.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Seçilən
47
3
az.trend.az

10Mənbələr