Macarıstan da daxil olmaqla, Avropa İttifaqına üzv 27 dövlət Ermənistana Avropa Sülh Fondundan 20 milyon avro yardım ayrılmasını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti məlumat yayıb.
Bildirilib ki, Brüsseldəki mənbələrinin verdiyi məlumata görə, qərar bu gün Aİ Şurasının iclasında qəbul edilib.
Qeyd edək ki, Ermənistan ötən il fonddan yardım üçün müraciət etsə də, Budapeşt onu bloklayıb. Bu, Ermənistanın Avropa Sülh Fondundan ikinci dəfə dəstək alması deməkdir. Birinci dəfə Ermənistana 10 milyon ayrılıb. Bu dəfə məbləğ ikiqat artırılıb və prioritet Ermənistanın silahlı qüvvələrini və müdafiə qabiliyyətlərini gücləndirmək, logistika və tibbi avadanlıq, eləcə də zəruri texniki təlim təmin etməkdir. Vəsait növbəti 35 ay üçün nəzərdə tutulub.