Böyük Britaniyanın Baş naziri Keir Starmer Çinə səfəri ABŞ prezidenti Donald Trampın qlobal miqyasda tarif siyasəti və revizionist tələbləri ilə Qərb müttəfiqlərini uzaqlaşdırdığı bir vaxtda baş verir.
Turkustan.az xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, Baş nazir Starmer bu gün üç günlük səfərlə Pekinə gəlib. Britaniya liderini hava limanında Çinin maliyyə naziri Lan Foan qarşılayıb.
Starmer səkkiz il ərzində Çinə səfər edən ilk Britaniya Baş naziri oldu. Britaniya Baş naziri sonuncu dəfə ölkəyə 2018-ci ildə, keçmiş Baş nazir Tereza Mey səfər etmişdi.
Starmer səfəri zamanı Çin prezidenti Si Cinpin, Baş nazir Li Qianq və Ümumçin Xalq Nümayəndələri Konqresinin sədri Cao Liji ilə görüşəcək və paytaxt Pekindən əlavə Şanxayda da danışıqlar aparacaq.
Starmerin səfəri diqqətəlayiqdir, çünki bu, ABŞ prezidenti Trampın Avropanı Rusiya-Ukrayna müharibəsindən kənarlaşdırmaq mövqeyi və Qrenlandiyanın ilhaq edilməsi və Kanadanın ölkəsinə birləşdirilməsi kimi revizionist tələbləri ilə Qərb alyansını sarsıtdığı bir vaxta təsadüf edir.
Aytən Yaşar/ Turkustan.az